Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 191 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 191 yeni yoluxma faktı qeydə alınıb

12 Fevral 2021 15:45
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 191 yeni yoluxma faktı qeydə alınıb, 226 nəfər müalicə olunaraq sağalıb.

Oxuməni.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 231 840 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 345 nəfər müalicə olunaraq sağalıb, 3 173 nəfər vəfat edib, aktiv xəstə sayı 2 322 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 260, ötən müddət ərzində isə ümumilikdə 2 485 483 test aparılıb.