Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 840 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 840 yeni yoluxma faktı qeydə alınıb

17 Mart 2021 16:08
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 840 yeni yoluxma faktı qeydə alınıb, 268 nəfər sağalaraq evə buraxılıb.

Oxuməni.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 242 491 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 231 638 nəfər müalicə olunaraq sağalıb, 3 307 nəfər vəfat edib, aktiv xəstə sayı 7546-dır.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 023, bu günə qədər isə ümumilikdə 2 736 493 test icra olunub.

Qeyd edək ki, ötən gün ölkədə 980 yeni yoluxma halı qeydə alınmışdı.

Oxuməni.az