Azərbaycanda bu gün koronavirus infeksiyasına 2 317 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2 317 yeni yoluxma faktı qeydə alınıb

15 Aprel 2021 16:52
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2 317 yeni yoluxma faktı qeydə alınıb, 2 109 nəfər müalicə olunaraq sağalıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 36 nəfər “COVID-19”dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 294 211 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 257 942 nəfər müalicə olunaraq sağalıb, 4 045 nəfər vəfat edib. 32 224 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 207, bu günə qədər isə ümumilikdə 3 068 679 test icra olunub.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 28 600 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 891, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4709 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 271 781, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 837 304, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 434 487 təşkil edir