Günay Musayeva "Quzu"da

Günay Musayeva "Quzu"da

9 Dekabr 2013 08:41
Bəyəndim (0) Bəyənmədim (0)
Gözəl model həyat yoldaşı ilə birgə azəri mətbəxinə baş çəkdi

Dekabrın 7-də İstanbulun sayılıb-seçilən məkanlarından birində - "Etiler"də "Quzu" adlı restoran açıldı! "Quzu"nun fərqliliyi bundadır ki, bu restoranın sahibi də, işçiləri də, elə mətbəxi də sırf Azərbaycanla bağlıdır. Bəli, "Quzu"nu azərbaycanlı iş adamı Elşən İbrahimov açıb. Onu da vurğulayaq ki, restoranı ərsəyə gətirmək ona nə az, nə çox, düz üç milyon dollara başa gəlib.

İkimərtəbəli bu restoran olduqca elitar üslubda tikilib. Elə xidmət də yüskək səviyyədədir. Onu da əlavə edək ki, "Quzu"dakı yeməklər sırf azəri mətbəxinə aiddir. Yeməklər üçün lazım olan ərzaqlar da məhz Azərbaycandan gətirilir. Mətbəxdəki turşular, mürəbbələr, kənd qatığından hazırlanan dovğa, kənd çolpasından sifariş olunan çığırtma xüsusilə müştərilərin sevdiyi yeməklərdəndir.

"Quzu"ya baş çəkənlər arasında gözəl azərbaycanlı model Günay Musayeva da var. "Azərbaycan mətbəxini İstanbula gətirən "Quzu" Türkiyədə ilk azəri restoranıdır. "Etiler"də xidmətə başladı, xeyirli olsun! İstanbula gələn dostlarıma, "Günay, hara gedək, hara gözəldir?" – deyən azəri dostlarıma, "Günay, azəri yeməyi hazırla, çox maraqlıdır", – deyən bütün türk dostlarıma, Twitter, İnstaqram, Facebook dostlarıma dönə-dönə deyirəm, artıq ünvan bəllidir!", - deyə sosial şəbəkədə şərh yazan Günay artıq həyat yoldaşı Tolqa Karel və yaxın dostları ilə bərabər "Quzu"ya baş çəkib. "Çox dadlı, ləziz yeməkləri var. İstanbula gəlsəniz, mütləq bu məkana uğrayın!" - deyən model "Quzu"ya tez-tez baş çəkəcəyini Mediainfo.az-a bildirdi.

Hazırladı: Könül Aypara