Musa-Təranə cütlüyünü toydan sonra borc yiyələri rüsvay etdi!
Hətta onların bahalı avtomobilini də sıradan çıxarıblar
Etibarlı mənbədən aldığımız məlumata görə, iki gün bundan öncə Musa və Təranə cütlüyü Şəmkirin Əliyaqublu kəndində toyda olublar. Toydan çıxan cütlük xoşagəlməz hadisə ilə rastlaşıblar. Belə ki, borc yiyələri onların qarşısını kəsərək, pullarını tələb ediblər. Müğənnilər isə çıxış yolunu yalnız qaçmaqda gördükləri üçün hadisə yerindən dərhal uzaqlaşmaq istəyiblər. Borc yiyələri "Mercedes ML" markalı ciplə Musa-Təranəni təqib edib. Hətta maşınlar arasında ("Dolca"- müğənnilərin maşını) toqquşma da baş verib.
Səhnəmizin tanınmış simaları şikayət ərizəsi ilə Şəmkir Rayon Polis idarəsinə müraciət etmək məcburiyyətində qalıblar. Hadisə ilə bağlı araşdırmamız davam edir... Mediainfo.az ilə qalın...
Mediainfo.az
Digər xəbərlər
































































































