Nadir Əzimovun qızının toyu oldu!

Nadir Əzimovun qızının toyu oldu!

13 Aprel 2014 02:39
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən "Sərin" şadlıq sarayında tanınmış bəstəkar, bir çox hit mahnıların yaradıcısı olan Nadir Əzimovun qızının toy şənliyi keçirilib. Gəlinlik libasında ağ göyərçini xatırladan Ləman son dərəcə xoşbəxt görünüb. Onu da vurğulayaq ki, bo xoş gündə sənət aləminin tanınmış simaları Nadir bəyə gözaydınlığı verməyə gəliblər. Əməkdar artist Nüşabə Ələsgərli, Günay İbrahimli, əməkdar artist Lalə Məmmədova və digərləri sevilən mahnılarını ifa edərək, qonaqları əyləndiriblər.

Allah xoşbəxt eləsin!

Hazırladı: Könül Aypara