Xumar Qədimova: "Yaşımı artıran saylara deyin!" - KLİP

Xumar Qədimova: "Yaşımı artıran saylara deyin!" - KLİP

26 Aprel 2014 12:06
Bəyəndim (2) Bəyənmədim (0)
Bu gün onun ad günüdür!

Dəlisov gəncliyim nə tez ötüşür,
Qara saçlarima vaxtsız dən düşür.
Ömrüm bahar vaxtı qışla görüşür,
Yaşimi artiran saylara deyin...

Bu gün müğənni Xumar Qədimovanın ad günüdür. 48 yaşına qədəm basan məlahətli səsin sahibəsi bu gününü doğmaları ilə bərabər keçirəcək. "Təmtərağı elə də sevmirəm. Hər il olduğu kimi bu il də ailə üzvlərimlə süfrə başında olacağam. İnsanlara arzum budur ki, həyatınızın qədrini bilin! Həyat insana bir dəfə verilir!" - deyə Mediainfo.az-a açıqlama verən Xumar xanıma kollektivimiz adından uzun ömür, cansağlığı arzulayırıq!

Yaradıcılığınız, istedadınız heç bitib-tükənməsin!

Hazırladı: Könül Aypara