SON DƏQİQƏ!!! Yeganə çal-çağır təşkil edib

SON DƏQİQƏ!!! Yeganə çal-çağır təşkil edib

28 Aprel 2014 20:27
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənnilər bir araya gəliblər

Bu gün "Taleyim" mahnısı ilə şöhrət tapan müğənni Yeganə Mürsəlovanın oğlu Ömərin sünnət toyudur. Bu məqsədlə şəhərin tanınmış şadlıq evlərinin birində çal-çağır edən Yeganə sənət dostlarını da unutmayıb. Sıx əlaqədə olduğu Nüşabə Ələsgərli, Kərim, Nigar İbrahimova, Könül Kərimova, Nazənin, Eldəniz Məmmədov, Nazilə Səfərli, Vüqar, İbrahim Borçalı və digər müğənnilər Yeganəyə gözaydınlığı verməkdən ötrü bir araya gəliblər.

Xatırladaq ki, Y.Mürsəlova üç il öncə Fateh adlı türk vətəndaşı ilə ailə həyatı qurmuşdu.

Təbriklərə qoşuluruq!

Hazırladı: Könül Aypara