Xanım Qafarovanın vəziyyəti pisləşib
Əməkdar artist qan azlığından əziyyət çəkir...
Xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Xanım Qafarova artıq uzun müddətdir ki, Milli Onkologiya Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan Mediainfo.az saytına verilən məlumata görə, aktrisanın vəziyyəti qənaətbəxş deyil.
Belə ki, qan azlığından əziyyət çəkən Xanımın bütün bədənində dəhşətli ağrılar var və təəssüflər olsun ki, get-gedə də şiddətlənməkdədir.
Allahdan istedadlı sənətçimizə şəfa diləyirik. Sağ-salamat səhnəyə qayıtmasını diləyirik!
Hazırladı: Könül Aypara
Digər xəbərlər
































































































