SON DƏQİQƏ: Musa Musayevi döydülər
Şou biznes aləmində daha bir qalmaqal yaşanb. Mediainfo.az-ın xəbərinə görə, bu saatlarda "Yeganə" şadlıq sarayının VİP zalında müğənni Arzu Mələk dost-tanışlarını, sənət yoldaşlarını başına yığaraq, doğum gününü qeyd edib. Əməkdar artist Nüşabə Ələsgərli, Manaf Ağayev, Musa Musayev və digər tanınmış müğənnilərin iştirakı ilə baş tutan ad günü mərasimi olduqca maraqlı və şən keçsə də, sonda qanqaraçılıq baş verib.
Belə ki, Musa Musayevlə müğənni xanımlardan birinin Pərviz adlı cangüdəni arasında qalmaqal baş verib. Səbəbi məlum olmayan qalmaqal zamanı Musa Musayev həmin xanım müğənninin əyləşdiyi masaya yaxınlaşıb. Pərvizə iki zərbə endirib. Cangüdən M.Musayevi cavabsız qoymayıb. Ayağa qalxaraq aramsız yumruq zərbələri ilə müğənninin burnunu sındırıb. Qonaqlar çətinliklə də olsa, onları ayıra biliblər. Pərviz onun tanışı olan qadın müğənni ilə birlikdə məclisi yarımçıq tərk edib. Musa Musayev də dərhal zaldan uzaqlaşdırılıb.
Hazırda əhvalı pozulan məclis əhli yavaş-yavaş ad günü tədbirini tərk etməkdədir.
Mövzuya qayıdacağıq.
Mediainfo.az
































































































