Elitstar Cəmilənin bacısı Tatarıstandakı partlayışda faciəvi surətdə həlak olub- FOTO
Bildiyiniz kimi, martın 13-də Tatarıstanın paytaxtı Kazan şəhərində yerləşən "Admiral" ticarət mərkəzində partlayış baş vermişdi. Onlarla insanın cəsədi kül olmuş, çox sayda yaralananlar xətəxanalara yerləşdirilmişdi. Ölənlər arasında azərbaycanlılar da olub. Bu gün 16:30 radələrində Kazanda dünyasını dəyişmiş azərbaycanlıların meyiti Bakıya gətiriləcək.
Əlavə edək ki, ölənlər arasında 1961-ci il təvəllüdlü Muxtarova Tamilla Hüsü qızının da kül olmuş meyiti var. Tamilla xanım azərbaycanlı müğənni Elitstar Cəmilənin doğma bacısıdır.
"Aeroporta yola düşürəm. Bu faciəli hadisədən hələ də özümə gələ bilməmişəm. Bacım hadisə zamanı mağazasında olub. Üç gün axtardılar. Amma tapa bilmirdilər. Sən demə, meyiti kül olub. Analizlərdən sonra bəlli oldu ki, mağazadakı meyit bacıma aid imiş...": - deyə göz yaşları içərisində olan Cəmilə xanım dərdini Mediainfo.az-la paylaşdı.
Xatırladaq ki, M.Tamillanın bir oğlu, bir qızı var.
P.S. Kollektivimiz adından "Admiral" ticarət mərkəzində faciəli şəkildə dünyasını dəyişənlərin yaxınlarına, o cümlədən Elitstar Cəmiləyə başağlığı verir, "Allah rəhmət etsin!" deyirik.
Hazırladı: Şəlalə Nəriman























































.jpg)






































