ŞOK! Nabrandakı restoranda müğənni döyülüb!

ŞOK! Nabrandakı restoranda müğənni döyülüb!

7 Avqust 2015 17:25
Bəyəndim (0) Bəyənmədim (0)
"Qardaşım da zədə aldı"

Mediainfo.az xəbər verir ki, dünən – avqust ayının 7-də Nabranda yerləşən "Ay işığı" restoranında qalmaqal yaşanılıb.

Belə ki, restorana qonaq qismində təşrif buyuranlar işıqların sönməsindən möhkəm əsəbləşiblər. Əsəblərini cilovlaya bilməyən qonaqlardan bir neçəsi nədənsə işıqları yandırıb-söndürən restoran müdirini – Asifi döyüblər.

Həmin vaxt səhnədə mahnı ifa edən Bəxtiyar Bilal (xalq artisti Bilal Əliyevin bacısı oğlu) da baş verənləri təsdiqlədi. Bəxtiyar işıqları qəsdən yandırıb-söndürən restoran müdirinin qəzəbinə tuş gəldiyini bildirdi. Asifin kötəkləndiyini gözləri ilə gördüyünü etiraf etdi:

"Mən Nabrandakı "Ay işığı" restoranında oxuyan zaman restoranın müdiri Asif işıqları yandırıb söndürdü. Tamaşaçılar da buna əsəbləşdilər və Asifi döydülər. Bu zaman orada DJ kimi fəaliyyət göstərən qardaşım Niko da zədələndi. Onu arxadan gələn restoranın işçiləri döydülər. Əlbəyaxa döyüş zamanı kim kimə gəldi vururdu. Mən də zədə alanlar arasındayam".

Məsələ ilə bağlı geniş açıqlama verəcəyik.

Hazırladı: Könül və Şəlalə