Bəstəkar-müğənni Arif Səlimov 15 noyabrda səhnə alacaq
Bəstəkar Arif Səlimovla əlaqə saxladıq. A. S karaoke klubu tərəfindən təklif alan müğənni bildirdi ki, bu konsert yox, partidir, maraqlı bir parti olacaq. İnanıram ki, mənim yeni sirr və möcüzə adlı partim super keçəcək. Həm qəzet, həm də Mediainfo. az saytı olaraq sizlər də dəvətlisiniz.
Niyə məhz Arif Səlimovu seçdiniz? - sualına klub rəhbərliyi cavab verdi ki, Arifin səsinin bir nömrəli vurğunuyam. Hər gün Arifin səsini dinləyirik. İstədik ki, oniu sevənlər də gəlib dinləsin.
Arif Səlimov son olaraq dedi ki, 15 noyabr saat 19: 00-da geçiriləcək bu partidə mən tək olmayacağam, sənət dostlarımın da bir qismini dəvət ediblər. İnanın ki, mənim heç nədən xəbərim yoxdur. Partidə hamınızı gözləyirəm.
Ünvan: Hüseynbala Əliyev 48 c. "Yeganə" şadlıq sarayı ilə üzbəüz.
Qeyd: Eşitdiyimizə görə A.S. karaoeka klubunun rəhbəri bəstəkar-müğənni Arif Səlimovun səsinin və musiqisinin pərəstişkarı olduğuna görə məhz klubunun adını da onun şərəfinə A. S. Klubu qoyub. Bu haqda dəqiq və ətraflı məlumatı 15 noyabr konsert tədbrində əldə edib sizlərə çatdıracağıq.
İsa Rəvan.



































.jpg)





































.jpg)




















