Bülent Ersoy xəstələrin gediş-gəlişinə mane olub - FOTO
Mediainfo.az xəbər verir ki, Bülent Ersoy Yeni il ziyafətlərinə geyimlər tikdirmək üçün Nişantaşında yerləşən atelyeyə - şəxsi dərzisinin yanına gedib. Semih Doğruerin yanında düz 5 saat qalan korifey sənətçi işi bitdikdən sonra köməkçilərinə avtomobilini atelyenin qarşısında saxlamağı göstəriş verib. Bununla da yaxınlıqdakı "Amerika Xəstəxanası"nın yolu kəsilib.
Xəstəxanaya giriş-çıxışa əngəl yaradan Bülent Ersoy xəstələr tərəfindən qınağa tuş gəlib. Küçədə yolu bağlayan avtomobilə tərəf ağır addımlarla irəliləyən sənətçi qulaqları ilə arxasınca danışılanları eşidib: "Bura xəstəxananın qarşısıdır. Açın yolu! Bu nə işdir belə?"
"Xəstəxana önüdürsə, bu dəqiqə gedərəm", - deyən Bülent köməkçilərinə dərhal hadisə yerindən uzaqlaşmağı göstəriş verib.
Günel Həbib


































.jpg)





































.jpg)





















