Bəstəkar-müğənni Arif Səlimovdan yeni xəbər var

Bəstəkar-müğənni Arif Səlimovdan yeni xəbər var

11 Dekabr 2015 19:10
Bəyəndim (0) Bəyənmədim (0)

Arif Səlimov bu yaxınlarda yaxın günlərdə, 23 dekabr 2015-ci ildə keçirəcəyi ad günündə nəhayət ki, illərdir yazdığı mahnılarının təqdimatın edəcək. Bəstəkar-müğənni ən yeni yazdığı mahnılardan danışaraq bildirdi: "Albomumun son tamamlama işləridir artıq, yeni mahnılar olacaq. Yeni səslərlə çalışıram, Elnurə Mehdiqızı, Aysel Əliyeva, Aytac Vidadiqızı və sairə, inanıram bəyəniləcək. Bu yaxınlarda səhnəyə yeni qədəm qoyan Ay adlı "Eşq dəlisi " adlı mahnısın da təqdimatı oldu. 3 il əvvəl yazdığım bu mahnım axır ki, öz sahibini tapdı. Rəhman Əliyevə təşəkkür edirəm. Təqdimat BMM-də keçirildi. Bir çox saytlar, media nümayəndələri və ATV telekanalının 10-lar verilişi orada idi. Hər kəsə öz adımdan təşəkkürlər edirəm".

Ən sonda Arif Səlimov dedi ki, Fərid Müslüm adlı gənc şairin bir neçə şeirinə mahnı yazmışam, tezliklə ad günümdə sizlərə təqdim edəcəyəm. Çox-çox dəyərli sözlər olduğunu sizlər də eşidəcəksiniz. İnanıram ki, Fərid Müslümün xəzinə kitabından şeirlərinə yazdığım mahnılar mənə uğur gətirəcək. Ad günümdə digər müğənnilərin ifasında da yeni mahnılar olacaq.

İsa Rəvan