Anceilna Jolinin son görüntüsü heyranlarını məyus edib - FOTOLAR

Anceilna Jolinin son görüntüsü heyranlarını məyus edib - FOTOLAR

19 Yanvar 2016 20:36
Bəyəndim (0) Bəyənmədim (0)
Hollywoodun “qızıl qızı”na nə olub?

Mediainfo.az xəbər verir ki, 40 yaşlı superstar Ancelina Coli son görüntüsüylə pərəstişkarlarını narahat etməyə başlayıb.

Hollywoodun "qızıl qızı" Ancelina ötən həftə 4 övladı ilə birlikdə "Kunq Fu Panda -3" adlı filmin qala gecəsinə qatılıb. Zahara, Pax Thien, Shiloh və Vivienne Marcheline ilə bərabər qırmızı xalçada görünən ulduz mümkün qədər gülümsəməyə çalışsa da, üzünün solğunlunu gizlədə bilməyib. Gözəl aktrisanın arıqlamış vücudu, nazik qolları, çuxura düşmüş gözləri və yanaqları heyranlarını qəmə batırıb.

Bəziləri Jolinin xərçəng xəstəliyindən, digərləri isə əri Bred Pitlə aralarında yaranmış soyuqluqdan bu vəziyyətə düşdüyünü zənn edib.

Xatırladaq ki, boyu 1,75 sm olan dünyaşöhrətli aktrisanın çəkisi 49 kq-dır.

Günel Həbib

Angelina Jolie, Günden Güne Eriyor