İrem Derici boşanır
Mediainfo.az xəbər verir ki, Türkiyənin məşhur sənətçisi İrem Derici və DJ əri Rıza Esendemirin ayrıldıqarı xəbəri gündəmi bürüməkdədir. Belə ki, İnstaqram səhifəsində həyat yoldaşı ilə olan bütün fotolarını silən, üstəlik Rızanı səhifəsindən uzaqlaşdıran İrem hətta itinin soyadını da silməyi unutmayıb.
Böyük eşq yaşayan, 2014-cü ildə bu eşqi rəsmiləşdirən cütlüyün "Pike" adlı itləri var idi. Hansı ki, hər dəfə fotosunun altına, "Anası İrem, atası Rıza" yazılırdı. Artıq Pikenin İnstaqram səhifəsindəki "atası" ilə olan şəkilləri silinib.
Bu barədə hər iki tərəfə sual verilsə də, müğənni xanım da, DJ bəy də susmağa üstünlük verib.
Onu da əlavə edək ki, Rıza da öz səhifəsində İremlə olan bütün şəkilləri silib. Əvəzində birinci evliliyindən olan qızının fotosunu paylaşıb: "Bir qız uşağının heç nədən atasına, "ata, səni çox sevirəm!" deməsi nədir, bilirsinizmi?"
Günel Həbib















.jpg)





































.jpg)







































