Əməkdar artistin oğlu həbs edildi!

Əməkdar artistin oğlu həbs edildi!

19 Yanvar 2016 21:52
Bəyəndim (0) Bəyənmədim (0)
Rəhman Rəhmanov: "Mənim o adda oğlum yoxdur!"

Azərbaycanın əməkdar artisti Rəhman Rəhmanovun oğlu müğənni Emil Rəhmanov polis tərəfindən saxlanılıb.

Əməkdar artist anspress-ə danışaraq oğlunun saxlanılmasını təsdiqləyib. Rəhman Rəhmanovun oğlu ilə yaşamadığını deyib:

"O adam məni maraqlandırmır. 1 aydır mən o adamla nə danışıram, nə də görüşürəm. Kim nə edir, özünə edir. Mənə heç nə etmir. Mənim o adda oğlum yoxdur!" .

Əlavə edək ki, aktyorun oğlu 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək həbs olunmuş, 6 il azadlıqdan məhrum edilmişdi.

Emil "Azəri Star" yarışmasının iştirakçısı olub. Onun həyat yoldaşı olan Şəbnəm də müğənniliklə məşğuldur.

Şəlalə Nəriman