Ülvi Qılınc: "Söyüşlərə görə qanun qarşısında cavab verməli olacaq"
Əməkdar artist Elnarə Abdullayeva ilə həmkarı Ülvi Qılınc arasında qalmaqal getdikcə böyüyür.
- Ülvi, Elnarə Abdullayeva ilə aranızda nə baş verib? Bəlkə, başdan danışasınız?
- Mən ATV-də qonaq idim. Orda Elnarə xanımı əməkdar artist adı alması münasibətilə təbrik etdim. Sonra da çox mədəni formada bildirdim ki, Elnarə Abdullayeva nahaq yerə xanım sənətçiləri pisləyir. Bəlkə, elə mən də xanım sənətçi ilə evlənəcəkdim, yaxud ola bilsin, kiminsə evində anası-bacısı müğənnidir. Onları təhqir etmək lazım deyil. Veriliş bitən kimi, telefonuma zəng gəldi. Baxdım ki, Elnarə xanımdır. Mənə olmazın söyüşlər söydü, təhqir etdi.
- Nə dedi?
- Dedi, səni öldürtdürəcəyəm, arxamda kimlərin dayandığını bilmirsən? O adamlar səni yox edəcək. Sonra da keçdi ana-bacı söyüşünə.
- Bəs sizin reaksiyanız necə oldu?
- Təbii ki, mən də susmadım və coşub-daşdım. O təhqirlərin qabağında kim susardı ki, mən də susum?! Sonra polisə zəng etdim. Dedim, gəlin görün, bu qadın məndən nə istəyir. Qoy Elnarə mənə arxasında kimlərin dayandığını sübut eləsin.
- Elnarə deyir, polis idarəsinə getməyib…
- Özü bilər. Lazım gəlsə, gedəcək. Bu söyüşlərə görə, qanun qarşısında cavab verməli olacaq. Heç kim yiyəsiz deyil və heç kimin kiminsə şərəf və ləyaqətini alçaltmağa ixtiyarı yoxdur. Mən də özümə görə bir insanam.
- Elnarə sizi ölümlə təhdid etmədiyini, bunu yalandan söylədiyinizi deyir.
- Səmimi olmaq lazımdır. Hər kəs dediyi sözün arxasında dayanmalıdır. Lazım gələrsə, bu ona sübut olunacaq.
- Bəs axı deyir ki, telefon danışıqları yazılır və bu yazılar əsasında sizi təhqir etmədiyini sübut edəcək?
- Yalan danışır. Lazım gələrsə, hüquq mühafizə orqanları bunu sübuta yetirəcək. Səsin yazılıb-yazılması önəmli deyil, bunu sübuta yetirmək indi problem deyil.
- Bu vaxta qədər Elnarə xanımla aranızda problem yaranmışdı?
- Qətiyyən. Mənim o xanıma böyük hörmətim olub.
- Bəs indi?
- İndi o söyüşlərdən sonra adamda hörmət hissi qalar? Mən ondan belə kobudluq gözləmirdim, çaşıb-qalmışdım.
- Elnarə xanım deyir ki, siz gündəm naminə onunla süni qalmaqal yaradırsınız. Bu barədə düşünürsünüz?
- Mənim qalmaqala və reklama ehtiyacım yoxdur. Mən 2004-c ildə Opera teatrının səhnəsində "Koroğlu" operasında baş qəhrəmanı oynayanda Elnarə heç ortalıqda yox idi. Hansı reklam olunmaqdan danışır? Məni tanıyan tanıyır.
- Bəlkə, hirsli olduğunuz üçün polisə müraciət etmisiniz. Ola bilsin, hirsiniz soyuyandan sonra Elnarə xanımı polisə verdiyinizə görə peşman olacaqsınız?
- Əlbəttə, hirsliyəm. Amma ortada ana-bacı söyüşü, təhqirlər var. Mən də sözümün arxasından qaçan adam deyiləm. Özümə hörmət edən, eyni zamanda, insanlara hörmətlə yanaşan biriyəm. Qoy o gəlsin və məni təhqir etməsinin səbəbini söyləsin.
- Elnarə xanım onu da deyib ki, bu qalmaqala görə, sizə ATV-də qadağa qoyulub?
- Yalan söhbətdir. Bunu ATV-dən özünüz də soruşa bilərsiniz. (publika)
Mediainfo.az

















































.jpg)











































