Səidə anası və xalası Brilliant Dadaşova üçün: "Kimlərin gəlib-gəlməməyi mənim üçün əhəmiyyətsizdir" - FOTOLAR

Səidə anası və xalası Brilliant Dadaşova üçün: "Kimlərin gəlib-gəlməməyi mənim üçün əhəmiyyətsizdir" - FOTOLAR

8 Fevral 2016 12:28
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənnini oğlunun kiçik toyunda nələr baş verib?

Xalq artisti Rəfael Dadaşovun müğənni qızı Səidə Dadaşova paytaxt məkanlarının birində oğluna kiçik toy edib.

S.Dadaşovanın oğlunun xeyir işinə sənət dünyasının bir çox tanınmış simaları qatılmışdı. Gecəni giriş söz ilə xalq artisti Rafael Dadaşov açıb: "Buraya gələn hər kəsə sonsuz minnətdaram. Təşrif buyuran hər kəs bizim ailəmizə yaxın dostlarıdı. Açığı, bu gün özümü çox məsuliyyətli və sevincli hiss edirəm. Çünki adımı və soyadımı daşıyan Rafael nəvəmin bu gün kiçik toyudur. Bu körpə anadan olmayana qədər də baba idim. Amma Səidənin bu balası olandan sonra babalıq hissini daha dərindən anladım. İndi bu nəvəmin üzərinə böyük yük düşür. Çünki o Rafael adını daşıyır. Bu adın böyük anlamı var".

Açılışı edən xalq artisti daha sonra nəvəsini qucağına alaraq rəqs edib.

Səidə də təəssüratlarını bölüşüb: "Allah arzusunda olan hər kəsə övlad payı nəsib etsin. Çox sevincliyəm ki, Allah mənə bu günləri nəsib edir. Gecəyə bir çox tanınmış simaları dəvət etmişdim. Bir çoxları sağ olsun ki, təklifimi qəbul edib, xoş günümdə yanımda oldu. Amma elələri də oldu ki, gəlmədi. Hər kəsə sonsuz minnətdaram".

Qeyd edək ki, gecədə xalq artisti Sadıq Zərbəliyev, əməkdar artistlər Lalə Məmmədova, Səlim Abbasov, Ədalət Şükürov, Ruhəngiz Allahverdiyeva, müğənnilərdən Roza Zərgərli, Elariz Məmmədoğlu, Rəvan Qarayev, Zahidə Günəş, Tacir Şahmalıoğlu və başqaları iştirak edirdi.

Xatırladaq ki, toya S.Dadaşovanın anası Sədaqət xanım və xalası xalq artisti Brilliant Dadaşova gəlməyib. Səidə isə oğlunun toyunda anası ilə xalasının iştirak etməməyinə şərh vermək istəməyib: "Bu həyatda mənə dəstək olan, böyüdüb başa çatdıran atam olub. Mənim valideynim, böyüyüm, ağsaqqalım hər şeyim odur. Oğlumun xoş günündə atamın mənim yanımda olması çox sevindirir. Bu gün toya dəvət etdiyim insanlar hamısı yanımda idi. Kimlərin gəlib, kimlərin gəlməməyi isə mənim üçün əhəmiyyətsizdir. Elə böyük olaraq da onu da sayacam. Gələnlərə minnətdaram, gəlməyənlərə isə iki qat minnətdaram". (lent)

Mediainfo.az