İlhamə Quliyevanın köməkçisi yenidən mətbuata müraciət edəcək

İlhamə Quliyevanın köməkçisi yenidən mətbuata müraciət edəcək

9 Fevral 2016 11:56
Bəyəndim (0) Bəyənmədim (0)

"Günahsız bir qadının həbsi dözülməzdir. Həyat yoldaşımın tezliklə həbsdən azad olunaraq evinə dönməsini gözləyirəm. Haqsız yerə ittiham olunmaq çox ağırdır".

Xalq artisti İlhamə Quliyevanın həbs etdirdiyi keçmiş köməkçisi Mehriban Hüseynovanın həyat yoldaşı Tofiq Hüseynov belə deyib. M.Hüseynovanın ailəsi, nəvəsi üçün çox darıxdığını bildirib:

"Mehriban ailəsi üçün çox darıxır. Başına gətirilən bu dəhşətli hadisədən sonra özünə gələ bilmir. Bu gün yenidən mediaya, xalqa müraciət edəcək. O vaxta qədər ki, bu haqsız ittihamlar onun üzərindən götürülsün". (publika)

Mediainfo.az