Xatun Elza Seyidcahanı parodiya edəcək

Xatun Elza Seyidcahanı parodiya edəcək

9 Fevral 2016 12:01
Bəyəndim (0) Bəyənmədim (0)

Müğənni Xatun bu dəfə əməkdar artist Elza Seyidcahanı parodiya etmək fikrinə düşüb.

"Elza xanımı parodiya etməmişəm. Amma o, efirə çıxıb mənə hədə-qorxu gəldi. Sadəcə ona görə ki, onu da parodiya etmək istədiyimi demişdim. Həmin çıxışından sonra zəng edib onunla danışdım. İstəmir onu parodiya edim. Buna baxmayaraq, onu parodiya edəcəm. Özü də, paltarlarını geyinib parodiya edəcəm. O boyda Alla Puqaçovanı parodiya edirlər. Amma o, özünü Əli meydanına atmır".

Mediainfo.az