Qızlara üzücü xəbər: Kvanç 19 fevralda ailə quracaq (FOTOLAR)

Qızlara üzücü xəbər: Kvanç 19 fevralda ailə quracaq (FOTOLAR)

9 Fevral 2016 12:44
Bəyəndim (0) Bəyənmədim (0)
Toy üçün nələr planlaşdırılıb?

Fevralın 19-da Parisdə ailə həyatı qurmağa hazırlaşan yaraşıqlı aktyor Kvanç Tatlıtuğa üzücü xəbər verilib. Belə ki, böyrək çatışmazlığından əziyyət çəkən, xarici ölkədə müalicə olunan aktyorun anası Nurten Tatlıtuğ mərasimə qatıla bilməyəcək. Əgər həkim icazə versə, bəlkə də ana öz oğlunun toyunu görəcək. O ki qaldı ataya – Erdem Tatlıtuğa, onun da toya qatılıb-qatılmayacağı hələ bəlli deyil. Belə ki, ailə başçısının planı həyat yoldaşından aslı vəziyyətdə qalıb.

Qeyd edək ki, Başak Dizerlə evlənməyə hazırlaşan Kvanç toy mərasiminə 45 nəfəri dəvət edib. Ailə üzvlərindən əlavə, hər iki tərəfin dostları toyda qonaq qismində iştirak edəcəklər. Şahidlərə gəlincə, gəlinin yanında biznesindəki şəriki Deniz Marşan, bəyin yanında isə "Ay Yapım" şirkətinin rəhbəri Kerem Çatay olacaq.

Bir az da toy mərasimi haqqında:

18 fevraldan etibarən Parisin "Champs Elysees" küçəsindəki bir otelə yerləşdiriləcək qonaqlar 4 gün burada qalacaqlar. Artıq bunun üçün Tatlıtuğ 600 min TL xərcləyib. Onu da əlavə edək ki. qonaqlar arasında cütlüyün dostları - Yolanthe Cabau veWesley Sneijder də var. 4 gün ərzində cütlük və yaxın dostları Parisin gəzməli yerlərinə baş çəkib, əyləncəli məkanlarının qonağı olacaqlar. Bir sözlə, Başak və Kvanç arzuladıqları toy mərasimini reallaşdırmağı düşünürlər.

Cütlüyə xoşbəxtlik arzusu ilə:

Günel

.