Xalq artistinin ər axtarışında olan bacısı gündəmi zəbt etməyin yolunu tapıb

Xalq artistinin ər axtarışında olan bacısı gündəmi zəbt etməyin yolunu tapıb

12 Fevral 2016 11:59
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədəki evlilik proqramlardan birinə qatılan 64 yaşlı aktrisa Sədaqət Dadaşova onu qınayanlara sosial şəbəkədən cavab verib:

"Ay mənim rəfiqələrim, gördüyünüz kimi Azərbaycanın qlobal mövzusuna çevrilmək, gündəmə gəlmək üçün 1 dəqiqəlik şou yetərli idi. İllərimi sənətə verdim. Amma görünür ki, sənət heç kimə maraqlı deyil. Çoxu skandal arayışındadır. İndi sübut etdim ki, ölkəmizdə bir-iki kəlmə sözlə gündəmi zəbt etmək su içmək qədər asandır".

Xatırladaq ki, Sədaqət Dadaşovlar nəslindəndir. O, xalq artisti Brilliant Dadaşovanın bacısı, xalq artisti Rəfael Dadaşovun isə keçmiş həyat yoldaşıdır. Onu da əlavə edək ki, Sədaqət xanımla Rəfael müəllimin birgə evlilikdən 3 övladı var. Qeyri-rəsmi nikahda olduğu Asif adlı birisindən isə bir oğlu var.

Hazırda Sədaqət Dadaşova həyatında daha bir yeni səhifə açmaq üçün evlilik proqramının iştirakçısıdır.

Banu