Orhan Gencebaya hücum edilib
Mediainfo.az xəbər verir ki, arabesk musiqisinin şahı sayılan Orhan Gencebay yaşadığı villanı ölümdən qorxduğu üçün, daha doğrusu, həyatı üçün təhlükə yarandığı üçün satlığa çıxarıb. Belə ki, müğənni beş ay öncə bir qrup samsunlu naməlumlər tərəfindən ölümlə təhdid edilib.
Bilinməyən səbəbdən Orhan bəyin yaşadığı məhəlləyə gələn şəxslər əvvəlcə onun pərəstişkarı olduqlarını bəyan edib, villasının önünə yığışıblar. Sonra isə müğənninin ünvanına xoşagəlməz sözlər işlədiblər. Hələ bu azmış kimi içəriyə basqın etmək istəyiblər. Nəticədə mühafizəçilər tərəfindən qarşıları alınıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının işçiləri gəliblər. Basqınçılar yaxalansa da, nədənsə O.Gencebay onlardan şikayətçi olmayıb. Əvəzində həyat yoldaşı Səmra ilə birgə öz zövqlərinə görə təmir etdirdikləri və illərdir yaşadıqları villanı 4 milyon lirəyə satlığa qoymağı qərara alıblar. Beləcə, Orhan Gencebay izini itirəcəyini düşünüb.
Banu










































.jpg)



















































