Flora Kərimova küsülü qaldığı İlhamənin ölümü ilə bağlı danışmaq istəmədi

Flora Kərimova küsülü qaldığı İlhamənin ölümü ilə bağlı danışmaq istəmədi

25 Fevral 2016 14:00
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında xalq artisti İlhamə Quliyeva ürək çatışmazlığından vəfat edib.

"Şöhrət" və "Şərəf" ordenli sənətkarın ölümü ilə bağlı bir neçə həmkarı mətbuata keçirdiyi hissləri anlatsalar da, uzun illərdir ki küsülü qaldığı xalq artisti Flora Kərimovanın fikirlərini də öyrənmək yerinə düşərdi deyibən, onunla əlaqə saxlamaq istədik.

Dəstəyi həmişəki kimi köməkçisi götürdü, Danışmağa aman verməyən qadın:

"Bilirəm İlhamə Quliyevanın ölümünə görə zəng etmisiniz. Flora xanım bu haqda heç bir jurnalistə müsahibə verməyəcək. Heç kim bir daha zəng etməsin. Allah ölənə rəhmət eləsin", - deyib qapatdı.

Şəlalə