Aygün Kazımova İlhamə Quliyeva haqqında belə yazdı...
"Vaxt vardı, bir-birimizi çox istəyirdik"
Xalq artisti Aygün Kazımova dünyasını dəyişən həmkarı İlhamə Quliyevanın ölümündən kədərləndiyini sosial şəbəkədəki səhifəsində bildirib:
"İlhamə Quliyevanı həmişəlik itirdik. O, bu gün torpağa tapşırılır və haqq dərgahına qovuşur. Bütün yaşananlara baxmayaraq, onun ölüm xəbəri mənə çox pis təsir etdi. Vaxt vardı, bir-birimizi çox istəyirdik, hörmət edirdik. Kaş ki, son yaşananlar olmayaydı. Haqsızlığa dözümüm yoxdur, neyləyim... Şəhid bacısının fəryadına dözə bilmədim. İlhamə Quliyevaya bu gün torpağa tapşırılmadan öncə halallıq verirəm. İnanıram ki, keçmiş köməkçisi Mehriban Hüseynova da onu bağışlayar. Ədalət bərpa olar. Mehriban azadlığa çıxar, ailəsinə qovuşar. Allah böyükdür. Allah rəhmət eləsin".
Şəlalə
Digər xəbərlər










































.jpg)



















































