İlhamənin oğlu: "Elgiz anamın vəsiyyəti ilə bağlı yalan danışır"
İlhamə Quliyevanın ölümü ilə bağlı ekspertizanın nəticəsi 15 gün sonra açıqlanacaq.
Bunu xalq artisti ilə keçirilən vida zamanı oğlu Orxan Nadirov deyib. Onun sözlərinə görə, hələlik ölümün dəqiq səbəbi məlum deyil:
"Vəsiyyəti və başqa hüquqi işlərlə vəkil məşğul olur. Vəsiyyət etmişdi ki, onu tabutda dəfn edək. Amma müsəlman qaydasına görə insan dünyasını dəyişəndə onu tabutda dəfn etmirlər. Anam da əsl müsəlman qadın idi, ona görə də mən onu tabutda dəfn edə bilmərəm. "Anamın vəsiyyəti barədə xəbəri ilk dəfə olaraq Elgiz Əkbərdən eşitdim. Yalan söhbətdir. Anamın vəsiyyəti vəkildədir. Lazım olan halda bunu açıqlayacağıq".
O, anasının vəsiyyəti ilə bağlı danışılanları əsassız sayıb. O. Nadirov dünən anasının evi qarşısına toplaşan media mənsubları ilə aqressiv davranışına görə jurnalistlərdən üzr də istəyib
Mediainfo.az










































.jpg)



















































