Elza İlhamə Quliyevanın anım mərasimində iştirakının səbəbini açıqlayıb - FOTO

Elza İlhamə Quliyevanın anım mərasimində iştirakının səbəbini açıqlayıb - FOTO

26 Fevral 2016 13:31
Bəyəndim (0) Bəyənmədim (0)

İlhamə Quliyevanın vida mərasimində iştirak edən əməkdar artist Elza Seyidcahan jurnalistlərə açıqlamasında gəlişinin səbəbini aşıqlayıb:

"Bəlkə, mənim bura gəlişim bəzi insanlar üçün təəccüblüdür. İlhamə xanımın sənətdə böyük əziyyətləri olub. Nə qədər mənə qarşı anlaşılmaz hərəkətləri olsa da hər zaman onun hörmətini təmənnasız saxlamışam. Hər zaman kiçikliyimi qoruyaraq onun böyüklüyünə hörmət eləmişəm. O, ağ çiçəkləri sevərdi, bəstələdiyim musiqini də bərabər ifa etmişdik. Bura gəlməklə mənə etdiyi haqsızlıqlara halallıq vermək istədim ki, o dünyada məni sorğu-suala çəkməsin".

Vida mərasimində Xalq artisti Zeynəb Xanlarova, millət vəkilləri Elmira Axundova, Novruz Aslan, müğənnilər Zülfiyyə Xanbabayeva, Röya, Xatirə İslam, Elnur Məmmədov, Rəşad İlyasov, Əli Mirəliyev və başqaları iştirak edirlər.

Mediainfo.az