Röya: "İlhamə xanım taclarını mənə verəcəyini söyləmişdi" - FOTO
Müğənni Röya İlhamə Quliyeva ilə vida mərasimində jurnalistlərə açıqlama verib:
"O, 73 il gözəl yaşadı. Allah hamıya elə ölüm qismət etsin. Axşam deyib-gülüb, səhər vəfat edib. Mən illərlə xəstə yatıb ölməkdən qorxuram. İlhamə xanım Şir bürcü idi, onlar tərifi sevir. İnanın mənə, qəlbən səmimi və pozitiv insan idi. Özünü güclü göstərmək üçün kameralar qarşısında hökmran kimi davranırdı, istəmirdi ki, onu zəif bilsinlər. Mən də İlhamə xanım kimi dövlətimi sevmək istəyirəm. O, sənətkarlığından əlavə bizə öyrətdi ki, xalqı, sənətkarı sevmək lazımdır . Allah rəhmət etsin! Axırıncı dəfə məni təriflədi. Mənim onunla problemim olmayıb, çünki həmişə məsafə saxlayıb, sənətkar kimi qiymətləndirmişəm. Mən də onun kimi layiqli getmək istəyirəm. İstəyirəm dövlətimi onun kimi sevim. O cür musiqilərdən sonra təbliğat apardı ki, insan dövlətini, dövlət başçısını necə sevməlidir. Mən onda görmüşəm bu sevgini, vallah. Allah rəhmət eləsin. Çox böyük itki idi. O mahnıları bir də necə eşidəcəyik. Qismət olmadı... Axırıncı dəfə ən qəşəng yadımda qalan sözü bu olmuşdu. Dedi ki, nə qədər tacım var, hamısını sənə verəcəyəm. Çox pozitiv adam idi. Mən onu çox istəyirəm. Başqa şəxsi məsələlərə fikir vermirəm. Başqaları ilə olan problemləri özünə aiddir"
Şəlalə










































.jpg)



















































