Brilliant Dadaşova lhamə Quliyevaya halallıq verdi

Brilliant Dadaşova lhamə Quliyevaya halallıq verdi

29 Fevral 2016 11:49
Bəyəndim (0) Bəyənmədim (0)
"Mən onu hər zaman təriflədim. O, məni hər zaman pislədi"

Xalq artisti Brilliant Dadaşova bir neçə gün öncə dünyasını dəyişmiş İlhamə Quliyevanın vəfatı haqda nəhayət ki, başsağlığı verdi. O, sosial şəbəkədəki səhifəsində bu barədə belə yazıb:

"Əziz dostlar, qəlbimiz hər zaman sevgi ilə dolsun, sənəti gözəl olan İlhamə Quliyevaya Allahdan rəhmət diləyək. Mən onu hər zaman təriflədim. O, məni hər zaman pislədi. Yalnız biz onun səsi ilə böyüdük. Uca tanrım onu gözəl səsinə bağışlasın. Bəlkə də bu həyatda bəxti gətirmədiyinə görə belə idi. Allah heç olmasa, o dünyasını versin".

Şəlalə