Oktay Kaynarca: "Biz bunları tək-tək yazırıq, qarşılığını vermək üçün"

Oktay Kaynarca: "Biz bunları tək-tək yazırıq, qarşılığını vermək üçün"

15 Mart 2016 12:02
Bəyəndim (0) Bəyənmədim (0)
Aktyor terrorçulara səsləndi

Mediainfo.az xəbər verir ki, Türkiyənin tanınmış aktyoru Oktay Kaynarca törədilən növbəti terror aktı ilə bağlı Twitter səhifəsində status paylaşıb:

"Başın sağ olsun, mənim yalnız məmləkətim. Doğrudur, bizi üzdünüz, canımızı yandırdınız, amma yıxmadınız, yıxa bilməyəcəksiniz də! Və biz bunları tək-tək yazırıq, qarşılığını vermək üçün. Dərs vermək istəyən hər kəs bilməlidir ki, biz buna bənzər çox acı yaşadıq, amma şərəfsizliyə boyun əymədik.Və hər zaman dimdik duracağıq. Silahsız insanlarla savaşmaq şərəfsizlikdən başqa bir şey deyil".

Xatırladaq ki, Türkiyəni yasa bürüyən terror aktında 39 nəfər günahsız insan dünyasını dəyişib, 13 nəfər ağır yaralıdır, 71 nəfər isə yüngül xəsarət alıb.

Banu