Mahsun Kırmızıgül Ankara teraktına soyuqqanlılıq göstərib

Mahsun Kırmızıgül Ankara teraktına soyuqqanlılıq göstərib

16 Mart 2016 14:48
Bəyəndim (0) Bəyənmədim (0)
“Sur və Cizreyə gəlincə atmaca atdın, amma əsgərimizə, polisimizə, sıravi vətəndaşlarımıza gəlincə lal oldun”

Mediainfo.az xəbər verir ki, Türkiyənin tanınmış siması olan Mahsun Kırmızıgül də sosial şəbəkə izləyicilərinin qınağına tuş gələnlərdəndir. İbrahim Tatlıses kimi onun da Ankara terroruna səssiz qalması hər kəsi özündən çıxarıb. Halbuki, kürdlərin məskunlaşdığı Sur və Cizredə baş verən teraktlarla bağlı Mahsun birbaşa baş nazir Əhməd Davudoğluna od püskürmüşdü:

"Bu qədər zalım, bu qədər mərhəmətsiz necə oldunuz, ey baş nazir?!"

Kırmızıgülün də əslən kürd olduğunu nəzərə alan izləyicilər onun Ankara terroru ilə bağlı heç bir başsağlığı belə verməməsinə qarşı çıxıblar:

"Sur və Cizreyə gəlincə atmaca atdın, amma əsgərimizə, polisimizə, sıravi vətəndaşlarımıza gəlincə lal oldun"

Onu da əalvə edək ki, İbrahim Tatlıses də əslən kürddür. O, Urfada kürd ailəsində doğulub.

Banu