Müğənniliyə "Get, get" deyən Fərda deyəsən, "Gəl, gəl" demək istəyir

Müğənniliyə "Get, get" deyən Fərda deyəsən, "Gəl, gəl" demək istəyir

18 Mart 2016 13:52
Bəyəndim (0) Bəyənmədim (0)

Bu sözləri aktyor Fərda Xudaverdiyev müğənnilik etməsi haqda danışarkən deyib. O, bu işdə iddialı olmadığını bildirib:

"Mahnı oxuyuram. İllər əvvəl bir neçə mahnı ifa etmişəm. Hətta onların birinin klipi də var. Düşünürəm ki, aktyor tamaşaçıya pozitiv enerji ötürmək üçün belə şeylər edə bilər. Əlbəttə ki, peşəkar kimi aktyorluqla məşğulam, qeyri-peşəkar olaraq da müğənniliklə. Amma müğənnilikdə kimisə keçmək kimi iddialarım yoxdur".

Qeyd edək ki, Fərda Xudaverdiyev dünən Xəzər TV-də yayımlanan "Rezonans" verilişində mahnı oxuyub. (axar)

Mediainfo.az