Burak Özçivit restoranını atlığa çıxartdı
Mediainfo.az saytı "Oxu Məni" qəzetinə istinadən xəbər verir ki, türk seriallarının tanınmış siması Burak Özçivit dönər restoranı satışa çıxarılıb.
Məşhur "Möhteşem yüzyıl"da Malkoçoğlu Balibey rolunu ifa edən Burak elə bu ada uyğun da restoran açmışdı: "Balibey döner".
2014-cü ildən bəri fəaliyyətə başlayan restorana ilkin qiymət 440 min TL qoyulsa da, alıcının olmamasını görən aktyor qiyməti aşağı salmağı düşünüb. İndi "Levent"in mərkəzində yerləşən "Balibey döner" 400 min TL-yə satılır. Özü də təcili.
Əldə edilən məlumata görə, B.Özçivit Kadıköy Feneryolunda yerləşən başqa bir məkanı kirayələyib.
Xatırladaq ki, "Balibey döner"in açılışında Murat Dalkılıç, Merve Boluğur, Murat Boz və s. ünlü similar iştirak etmişdi.
P.S. Burak Özçivit uzun müddətdir ki, həmkarı Fahriye Evcenlə eşq yaşayır.
Banu










































.jpg)



















































