Bülent Ersoyun keçmiş "əri" sirləri tökdü- FOTOLAR
Bülent Ersoyun özündən 17 yaş kiçik olan həyat yoldaşı Cem Adler indi haralardadır, nə işlə məşğuldur?
Xatırladaq ki, Cem 1999-cu ildə B.Ersoyla rəsmi şəkildə ailə qurub (o vaxt 19 yaşı var idi). Lakin o, ünlü sənətçiyə xəyanət etdiyindən ayrılmalı olub. "Mənə xəyanət edəni heç vaxt bağışlamaram!" – deyən Bülent Cemin cavan bir qızla sarmaşıq görüntülərini efirdə izlədikdən dərhal sonra boşanmağa gedib.
Mediainfo.az saytı "Oxu Məni" qəzetinə istinadən xəbər verir ki, hadisədən sonra Cem uzun müddət ortalıqda görünməyib, yalnız "Her kes yanlış bilir" proqramında qonaq olarkən susqunluğunu pozub:
- Bülent Ersoy məni sevgilimlə "tutduqdan" sonra evlənməyə zorladı. Elə həmin gün nikaha daxil olduq. Hər dəfə mən ondan qaçırdım, o isə məni sevgilimlə tuta bilirdi. O vaxtlar mən çevrəmdəki insanlara evlənməyimin səbəbini müxtəlif cür anladırdım. Kimisinə şöhrət, kimisinə pul üçün…Əslində Bülentlə evlənməyə anam məni məcbur etmişdi.
Proqrama qatılan Cemin anası Fatma oğlunun dediklərini təsdiqləmişdi:
- Bülent xanımın yanında çalışırdım. Mən də, o da oğluma verdiyimiz əzablara görə cəhənnəmin dibində olacağıq. Oğlumun yanında olduğumu göstərmək üçün xoşbəxtlik pozları verməyə məcbur idim.
Sənətçidən ayrıldıqdan sonra Cem 2002-ci ildə turizm şirkətinin rəhbəri olan Şehraman Sayılıtanla ailə qurub, bu evlilikdən onun Tanju adlı oğlu olub. Lakin bu xanımla da xoşbətxçiliyini tapa bilməyib. Ayrılıb. Uzun müddət Almaniyada yaşadıqdan onra yenidən vətəninə dönüb. 2013-ü ildə Pınar Adlerlə ailə qurub. Bu evlilikdən Cemin bir qız övladı olub. Hazırda İzmirdə yaşayan Cem Adler xoşbəxtdir. İndi o, maqazin verilişlərindən, şou reportajlardan, gecə həyatından çox uzaq, sakit bir həyat yaşayır.







Banu










































.jpg)



















































