Gülben Ergen milyarderə qarşı cinayət işinin açılmasını istədi
Mediainfo.az xəbər verir ki, Türkiyəli milyarder Ali Ağaoğlunun terror qurbanlarını yad edərkən belə yekəxanalıq etməsi sosial şəbəkələrin istifadəçiləri tərəfindən tənqid edilib.
Belə ki, iş adamının "kasıblar qərənfil qoymuşdular, mən isə əklil qoydum" deməsi izləyicilərinin əsəblərini tarıma çəkib. Üstəlik, "ortancıl xanımımla getmişdim" kəlməsi lap odu alovlandırıb desək, yanılmarıq. Bu kəlməyə hətta Gülben Ergen belə diqqətsiz qalmayıb.
Ağaoğlunu qınayan müğənni Tvitter hesabında, "görəsən, "ortancıl xanımım" deyən bəyə təkarvadlılıq haqda qanunun mövcudluğunu başa salan cinayət işi açılacaqmı?" statusunu paylaşıb.
Onu da əlavə edək ki, status izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.
Banu
Digər xəbərlər










































.jpg)



















































