Nihat Doğan tələbə qızı əvvəlcə qınadı, sonra anasının əlindən öpməyə getdi - FOTO
Mediainfo.az xəbər verir ki, ünlü müğənni Nihat Doğanın (Seda Sayanın eks sevgilisi) ötən il atdığı addım bütün türk dünyasının əsəblərini tarıma çəkmişdi. Belə ki, Özgecan adlı tələbə qızın avtobus sürücüləri tərəfindən zorlanması, ardınca vəhşicəsinə qətlə yetirilməsi hər kəsi sarsıtdığı halda Nihat Tvitter səhifəsində soyuqqanlılıq nümayiş etdirmişdi. O, qızları mini ətək geyinməkdə suçlandırmış, sürücüləri deyil, baş verən hadisədə gənc qızı qınamışdı. Bununla da millətin qəzəbinə tuş gəlmişdi. Elə bir vəziyyət yaranmışdı ki, N.Doğan hətta ölkəsini tərk etməyə belə məcbur qalmışdı. Baxmayaraq ki, sonradan yazdığı statusu silmiş, dəfələrlə üzrhaqlıq etmişdi.
Qeyd edək ki, bu günlərdə Nihat Doğan Ozgecanın ailəsinə baş çəkib. O, günahsız qızın valideynlərinin əllərindən öpərək, qatillərini qınayıb.
Lakin onun bu addımı bir çox həmkarları tərəfindən müsbət qarşılanmayıb. "Sonradan atılan daş topuğa dəyər" deyən bir çox müğənnilər sosial şəbəkələrdə Nihatı özünü reklam etməkdə günahlandırıblar. Yazılanlara görə, N.Doğan tezliklə yeni albom buraxacaq və elə bundan ötəri də özünü reklam etmək niyyətinə düşüb.
Banu










































.jpg)



















































