Lalə Məmmədova səngərdə şəkil çəkdirən həmkarlarını qınadı

Lalə Məmmədova səngərdə şəkil çəkdirən həmkarlarını qınadı

11 Aprel 2016 00:12
Bəyəndim (0) Bəyənmədim (0)
"Dəstək belə primitiv yolla deyil, daha sivil və məntiqlə olmalıdır”

Bu, canını bizim uğrumuzda şəhid edənlərə və onların əzizlərinə hörmətsizlikdir.
B
u sözləri əməkdar artist Lalə Məmmədova cəbhə bölgəsinə gedib şəkil çəkdirib paylaşan həmkarları haqda rəsmi İnstaqram səhifəsində yazıb. O bu hərəkətin doğru olmadığını bildirib:

"Əziz sənət yoldaşlarım! İnternetdə sizin cəbhə bölgəsinə səfərləriniz və şadyanalığınızı seyr edirəm... Bu, Azərbaycan əsgərinə dəstək deyil. Bu, canını bizim uğrumuzda şəhid edənlərə və onların əzizlərinə hörmətsizlikdir. Səhər əsgər yoldaşını torpağa tapşıran əsgərin qol götürüb oynamasının adı nədir? Etməyin! Mübarizə, dəstək belə primitiv yolla deyil, daha sivil və məntiqlə olmalıdır".

Qeyd edək ki, Tolik, Nadir Qafarazadə, Xatirə kimi bir çox müğənnilər cəbhə bölgəsinə gedərək oradan fotolar paylaşmışdı. (axar)

Mediainfo.az