Elçin Cəfərovla Sabir Rüstəmxanlının qızının toyudur

Elçin Cəfərovla Sabir Rüstəmxanlının qızının toyudur

15 Aprel 2016 22:02
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlının qızının toyudur.

Xalq şairinin qızı Aydan Rüstəmxanlı Azərbaycanın tanınmış müğənnisi Elçin Cəfərovla evlənir.

Toy Bakıda "Su Sonası" restoranında keçirilir.

Toy mərasimində Türkiyənin tanınmış ictimai-siyasi xadimləri, "Hürriyyət" və Bengü Türk kanalının rəhbərləri, məşhur türk müğənnisi Əhməd Şəfəq, Azərbaycanın millət vəkilləri, tanınmış ictimai xadimlər, müğənnilər, Nəqliyyat naziri Ziya Məmmədov, Dövlət müşaviri və yazar Kamal Abdulla, tanınmış ictimai xadim, yazar Sona Vəliyeva, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov və digər universitet rektorları iştirak edirlər.

Toy mərasimini Ağadadaş Ağayev və Faiq Ağayev idarə edir. Həmçinin Türkiyədən gəlmiş musiqi ansamblı da milli türk mahnıları səsləndirir. (axar)

Mediainfo.az