Dima Bilanın 2 ilə ərsəyə gələn evi - FOTO
Rusiya müğənnisi Dima Bilan Moskva ətrafında yerləşən mənzilini tamaşaçılara göstərib.
Mediainfo. az saytı "Oxu Məni" qəzetinə istinadən xəbər verir ki, Dima bu evin ən xırda detalına kimi özü dizayn edib. Bu, ona 2 ilə başa gəlib:
"Bu evin quruluşu sayəsində mən mənzillərin təmiri üzrə çox şey öyrəndim... Daxilimdə hələ də balaca oğlan uşağı qalıb. Ona görədir ki. evdə gizli otaq var. Ora şkaf vasitəsilə keçmək olur. Yelləncək kreslo da var...
Bəzi divarların kərpicləri Piterdən gətirilib. Orda sökülən köhnə binalardan, zavod və ya evlərdən götürülüb. Onların yüzdən çox yaşı var. Bu kərpiclər adilərdən daha əzizdir, çünki evə ruhlanma gətirirlər.
Evdə köhnə tozsoran, qramafon da var. Maddi olaraq elə də bir şey deyillər, amma onlardan qopmaq çətindir".
Günel








































.jpg)





















































