Röya: "Öpüşməyi sevən xalqıq" - FOTO
Müğənni Röya 23 saylı musiqi məktəbində ənənəvi olaraq keçirilən "Bizim evin qonaqları" rubrikasının qonağı olub.
Musavat.com xəbər verir ki, pərəstişkarları ilə biraraya gələn sənətçi onlarla foto çəkdirərək, paylayıb. "Düşürsən tez-tez yada" mahnısını oxuyan müğənni fanatlarının suallarına cavab verib.
Oğlundan danışan Röya bildirib ki, Hüseyn onu qısqanır: "Oğlum məni çox qısqanır. Onunla daha çox vaxt keçirməyə çalışıram, tez-tez gəzməyə gedirəm. Getdiyimiz məkanlarda uşaqlar mənə maraq göstərir. Bir dəfə bir uşaq yaxınlaşdı ki, o da anasının ulduz olmasını istəyir. Hüseyni başa salıram ki, anası məşhurdur. İnsanların mənə diqqət göstərməsi gözəl haldır".
Müğənni fanatlarından da bəhs edib: "Onlar illərdir ki, yanımdadırlar. Onların sevgisini hiss edirəm. 1998-ci ildən yanımda olan fanatlarım var, şəxsi fotoqrafım da pərəstişkarım olub. Mənim üçün mağazalardan paltar seçib, gətirən fanatlarım var, zövqümü bilirlər. Onlar məni sevirlər. Qohumların arasına fanatlar da gəlir. Onlar məni qorumalıdırlar. Bəzən makiyajdan sonra gəlirlər ki, foto çəkdirək. Onlara başa sala bilmirəm ki, vaxtım azdır və ya makiyajlı öpüşüb, görüşmək olmaz. Biz öpüşməyi sevən xalqıq".
Röya mahnı seçimindən də söhbət açıb: "Neçə il öncə işlədiyim bəstəkarlarla hazırda da çalışıram. Sənətə gələndə Nailə Mirməmmədli, Faiq Şücəddinovla çalışırdım, indi də onların mahnılarını oxuyuram. "Düşürsən tez-tez yada" mahnısını Faiq bəy yazıb. Gənclərin də mahnılarını ifa edirəm ki, küsməsinlər. Mahnılarımı özüm seçirəm. Heç kim deyə bilməz ki, bu mahnını oxumalısan. Kiməsə həsr olunan mahnını oxumağımı istəyirlər. Sözlərə qulaq asıb, orada özümə aid olan sözlər tapıram və oxuyuram. Mahnıları yaşayıram. Ayrılıq mahnılarını gözəl oxuyuram. Sevməyi bacardığım kimi ayrılığı gözəl yaşayıram. Kim deyirsə, sevgi bir dəfə olur, yalan deyir. İnsan 40 yaşına kimi sevir".
İfaçı "Şəfa" stadionunda verdiyi konsertdə ziyana düşdüyünü də bildirib: "2006-cı ildə "Şəfa" stadionunda keçirilən konsertdə başıma gəlməyən qalmadı. 6-cı mahnıda güclü yağış yağdı. O konserti bulvarda keçirmək istəyirdim. Mənə dedilər ki, mümkün deyil, orada dövlət tədbirləri keçirilir. Razılaşmadıqları üçün stadionda konsert etdik. Yağış yağdığı üçün axırıncı mahnıdan sonra musiqi aparatları yandı, 100 min ziyana düşdüm. Oturub ağladım. Konsertdən sonra mənə Prezident Aparatından məktub gəldi ki, bulvarda konsert edə bilərəm. Dövlət başçımıza təşəkkür edirəm ki, o şansı mənə yaratdı, onun imzasını ilk dəfə onda görmüşəm. Mühafizə xidməti daxil hər şey pulsuz oldu. Demək ki, bulvarda konsert verən tək müğənni mənim olmağım üçün yağış yağıb. Hər pis hadisə sınaqdır. Bu gün pis gün yaşayırıqsa, deməli, sabah gözəl günlər görəcəyik. Mən buna inanıram".
Müğənni şəxsi həyatından sual verilməsini sevmədiyini vurğulayıb: "Keçən dəfə adı sənətlə bağlı olan verilişə getmişdim. Mənə ancaq şəxsi həyatımdan, uşağımdan, atasından sual verdilər. Əsəbləşib mikrofonu çıxartdım və verilişi tərk etdim. Ayaqlarım üzərində dayanan, güclü qadınam, istəyirəm ki, bütün qadınlar belə olsun. Mən övladam, anayam, bacıyam. Düzdür insan gənc olan zaman hər şeyi anlamır. İndi bilirəm ki, hər şeyi danışmaq olmaz".
"Sənə görə" mahnısını oxumaq üçün səhnəyə çıxan müğənniyə sürpriz edilib və müəllimi Vaqif Gərayzadə səhnəyə çıxıb.
Müəllimini görən ifaçı kövrəlib və həyəcanlandığını deyib: "Vaqif bəyi görüb həyəcanlanmamaq mümkün deyil. O, mənim ilk müəllimim olub. Sənətə gəlməyimdə rolu böyükdür. Onun kimi ciddi adamın gəlməsi məni sevindirdi. Çox təşəkkür edirəm".
Mediainfo.az


















.jpg)
















































.jpg)
.jpg)






.jpg)



















