Rza Zerrab azadlığa qovuşması üçün 50 milyon dollar təklif edib

Rza Zerrab azadlığa qovuşması üçün 50 milyon dollar təklif edib

20 May 2016 11:34
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da həbs olunan Cənubi azərbaycanlı iş adamı Rza Zərrab vəkili vasitəsilə 10 milyonu nəğd olmaqla 50 milyon dollarlıq təzminat ödəmək təklifi edib.

Mediainfo.az saytı "Oxu Məni" qəzetinə istinadən xəbər verir ki, ifadədə həyat yoldaşı, müğənni Ebru Gündeş və qızı ilə birgə Mayamidə olarkən həbs olunan Rzanın adından hər şey ətraflı izah edilib. Yazılı ifadədə E.Gündeşlə tanışlığa da geniş yer ayrılıb:

"Məşhur türk müğənnisi Ebru Gündeş Zərrabın qardaşının 2005-ci ildəki toyunda səhnəyə çıxmışdı. Zərrab bəy uzun müddətdir onun heyranı idi. O, iki mahnı bəstələyərək Ebruya göndərib. Bundan çox təsirlənən müğənni Zərrab ilə görüşmək istədiyini deyib. 2010-cu ildə bir-birlərinə aşiq oldular, 2011-ci ildə Ebru Gündeş indiki tək uşaqlarını dünyaya gətirdi. Sonra Gündeş Zərrabın bəstələdiyi mahnılarla bir albom çıxartdı". Vəkil Rzanın evliliyini təhlükəyə atmamaq üçün gizlənməyəcəyini və harasa qaçmayacağını yazıb: "Zərrab qaçacağı təqdirdə həm evliliyini, həm də həyat yoldaşının karyerasını məhv edəcək. Ebru bununla axtarışda olan birinin həyat yoldaşına çevriləcək".

Günel