Lamiyə Ələkbərova Sevinc-Sevil bacılarına "yerlərini" göstərdi

Lamiyə Ələkbərova Sevinc-Sevil bacılarına "yerlərini" göstərdi

5 Avqust 2016 11:33
Bəyəndim (0) Bəyənmədim (0)
"Elton Eltondur!"

Sevinc Sevda bacıları prodüsserləri olan Tolikdən (Tarix Əliyevdən) şikayətləndilər. Canlı efir zamanı əkiz bacılar iradlarını bu cür bildirdilər:

- Toliklə işləyirik. Bizim komandamız da yaxşıdır. Sadəcə olaraq, ara-sıra davalarımız düşür. Buna səbəb isə Elton Hüseynəliyevdir. Tolik ona daha çox vaxt ayırır.

"Hər şey daxil" verilişinin qonaqlarından biri olan "Həyat tərzi" verilişinin aparıcı Lamiyə Ələkbərova qızların qısqanclığını başa düşüb, Toliki müdafiə etdi:

- Elton Eltondur da. Siz isə Tolikin hələ balaca uşaqlarısınız.

Beləcə, Sevil-Sevincə "yerlərini" göstərmiş oldu. Bununla belə, Sevil-Sevinc bacıları inadlarından dönməyib, yenə də prodüsserlərinə olan narazılıqlrını mimikaları ilə büruzə verməli oldular.

Görünür, bacılar Tolikdən imtina etmək ərəfəsindədirlər…

Hazırladı: Banu Qocaman