Türkiyədəki mitinqi şou adlandıran Sıla: "Sözümün arxasındayam!"

Türkiyədəki mitinqi şou adlandıran Sıla: "Sözümün arxasındayam!"

11 Avqust 2016 13:47
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 7-də Yenikapıda təşkil edilən "Demokratiya və Şəhidlər" mitinqini "şou" adlandırdığı üçün tənqidlərə məruz qalan müğənni Sıla Nişantaşında görüntülənib.

Jurnalistlərin suallarını cavablayan müğənni ona qarşı yönələn tənqidlərdən danışıb: "Bu mövzuyla əlaqədar izahat vermək istəmirəm. Yanlış tərəfə çəkmək istəyən, təbii ki, səhv tərəfə çəkdi. Amma mən sözümün arxasındayam. Demokratiya demirik? Mən də fikrimi, düşündüyümü dedim".

"Instagram" paylaşımlarının altına yazılan təhqir məzmunlu şərhlərə əsəbləşən Sıla şəbəkənin yeni xüsusiyyətindən istifadə edərək, hesabındakı paylaşımların şərh bölümünü bağlayıb. Artıq izləyiciləri Sılanın paylaşdığı video və şəkillərin altına şərh yaza bilmir.

Qeyd edək ki, mitinqdən bir neçə gün öncə mətbuata açıqlama verən müğənni "Hərbi çevrilişə qarşıyam. Amma belə bir şounun içində olmaq istəmirəm", - deyə bildirmişdi. (musavat)

Mediainfo.az