“Kainat Gözəli-2020” müsabiqəsinin qalibi kim oldu?

“Kainat Gözəli-2020” müsabiqəsinin qalibi kim oldu?

22 Yanvar 2020 14:27
Bəyəndim (0) Bəyənmədim (5)

Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən “Kainat Gözəli-2020” müsabiqəsində 43 yaşlı çoxuşaqlı ana və Sankt-Peterburqdan olan həkim Kseniya Verbitskaya qalib gəlib.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Rusiyanı təmsil edən qalibin sözlərinə görə, ona ailəsinin və dostlarının dəstəyi kömək olub.

Müsabiqədə dünyanın 36 ölkəsindən 40 yaşında evli qadınlar iştirak edib.

Qalib Sankt-Peterburqdakı şəhər xəstəxanalarından birində ginekoloq-endokrinoloq olaraq çalışır. Dörd övladı - 16 yaşlı oğlu və 12, səkkiz və üç yaşllarında üç qızı var. O, Argentina tanqosu ilə məşğul olur, ədəbiyyata həvəs göstərir.

Oxuməni.az