Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadasında IX turun oyunları başa çatıb
Azərbaycanın bu turda kişilərdən ibarət yığma komandası Yunanstan komandası ilə qarşılaşıb və görüşü bərabərliklə baça çatdırıblar (2:2), qadınlardan ibarət milli komandası isə İsveçrə komandası üzərində tam gələbə qazanıblar (4:0). Onuncu turda kişilərdən ibarət komandamız Kuba , qadınlardan ibarət yığmamız isə Monqolustan komandaları ilə qarşılaşacaqlar.
Əvvəl İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5), Moldova (3:1) , Monteneqro (3:1), Hindistan(1:3), Litva (1,5:2,5), Kazaxstan (3:1) və İtaliya (2:2) komandaları ilə görüşən kişilərdən ibarət yığma komandamız 9-cu turda Yunanstanla xalları yarı bölüb (2:2). Komandamız hazırda 9-ci turdan sona 12 xalla 21-ci yerdədir.
Teymur Rəcəbovun kapitanı olduğu komandada Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alır.
Yunanıstan – Azərbaycan - 2:2
Nikolas Teodoro – Aydın Süleymanlı - 1:0
Stamatis Kourkoulos-Artidis – Rauf Məmmədov - 0:1
İonnis Papaioanou – Şəhriyar Məmmədyarov - 0,5:0,5
Andreas Kelires – Məhəmməd Muradlı - 0,5:0,5
Əvvəl Nikaraqua (4:0), Avstraliya ( 4:0) , Sloveniya (3:1),Vyetnam (2,5:1,5) , Argentina (2:2), Ukrayna (2:2), Qazaxıstan (1:3) və İtaliya (2:2) komandaları ilə görüşən qadınlardan ibarət yığma komandamız 9-cu turda son olaraq İsveçrə komandası üzərində tam gələbə qazanıblar (4:0). Komandamız hazırda 9-ci turdan sona 13 xalla 12 -ci yerdədir.
İsveçrə - Azərbaycan - 0:4
Aleksandra Kostenyuk - Günay Məmmədzadə - 0:1
Lena Georgesku - Ülviyyə Fətəliyeva - 0:1
Sofiya Xrızlova - Gövhər Beydullayeva - 0:1
Mariya Manko - Xanım Balacayeva - 0:1
Olimpiadada Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova çıxış edirlər. Komandanın kapitanı Mixail Şereşevskidir.
Heyətlər daha sonra müəyyənləşəcək.
Xatırladaq ki, Şahmat Olimpiadası sentyabrın 10-da başlayıb və 23-dək davam edəcək.
Almaz Həsənli