Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadası başa çatıb
Azərbaycanın sonuncu turda (11-ci) turda kişilərdən ibarət yığma komandası Braziliya komandası ilə qarşılaşıb və görüşü qələbə ilə başa çatdırıblar (3:1), qadınlardan ibarət milli komandası isə Hindistan komandasına məğlub olublar (0,5:3,5).
Əvvəl İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5), Moldova (3:1) , Monteneqro (3:1), Hindistan (1:3), Litva (1,5:2,5), Kazaxstan (3:1), İtaliya (2:2) ,Yunanstan (2:2) və Kuba (3:1) komandaları ilə qarşılaşan kişilərdən ibarət yığma komandamız 11-cu turda Braziliya komandası üzərində gələbə qazanıblar (3:1). Komandamız 11-cu turdan sona 16 xalla 8 -ci yerdə Olimpiadanı başa vurub.
Hindistan yığması 21 xalla olimpiadanın qalibi olub. ABŞ və Özbəkistan şahmatçıları isə 17 xalla 2-3-cü yerləri bölüşüblər.
Teymur Rəcəbovun kapitanı olduğu komandada Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıb.
Braziliya - Azərbaycan - 1:3
Louis Supi - Aydın Süleymanlı - 0,5:0,5
Alexander Fieir - Nicat Abasov - 0,5:0,5
Renato Kintiqliano - Rauf Məmmədov - 0:1
Dieqo Di Bernadio - Şəhriyar Məmmədyarov - 0:1
Əvvəl Nikaraqua (4:0), Avstraliya ( 4:0) , Sloveniya (3:1),Vyetnam (2,5:1,5) , Argentina (2:2), Ukrayna (2:2), Qazaxıstan (1:3), İtaliya (2:2) , İsveçrə (4:0) və Monqolustan (2,5:1,5) komandaları ilə görüşən qadınlardan ibarət yığma komandamız 11-ci turda son olaraq Hindistan komandasına məğlub olublar (0,5:3,5). Komandamız 11-ci turdan sona 15 xalla 15 -ci yerdə Olimpiadanı başa vurub.
Hindistan - Azərbaycan - 3,5:0,5
Harika Dronavalli - Günay Məmmədzadə - 1:0
Rəmeşbabu Vaişəli - Ülviyyə Fətəliyeva - 0,5:0,5
Deşmux Divya - Gövhər Beydullayeva - 1:0
Vantika Aqraval - Xanım Baladjayeva - 1:0
Qadınların yarışında da Hindistan (19 xal) 1-ci yeri tutub. Qazaxıstan (18 xal) 2-ci, ABŞ (17 xal) isə 3-cü olub.
Olimpiadada Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova çıxış ediblər. Komandanın kapitanı Mixail Şereşevskidir.
Almaz Həsənli