"Qarabağ"ın futbolçusu Qurban Qurbanovla qohum olur

"Qarabağ"ın futbolçusu Qurban Qurbanovla qohum olur

16 Oktyabr 15:23
Bəyəndim (15) Bəyənmədim (0)

Azərbaycan millisinin və "Qarabağ”ın üzvü Abbas Hüseynovun bu gün toyu olacaq.

Futbol üzrə milli komandamızın Estoniya ilə son səfər oyununda kapitanı olmuş "Qarabağ"ın müdafiəçisi Abbas Hüseynov bu gün ailə həyatı qurur.

Sports.az xəbər verir ki, tanınmış futbolçu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun böyük qardaşı Musa Qurbanovun qızı ilə izdivaca girir.

Qeyd edək ki, "İnter"dəki çıxışları ilə tanınan Abbas Hüseynov Gəncədə doğulub.

Musa Qurbanov isə əslən Zaqatala rayonundandır və 1993/94 mövsümündə Azərbaycan çempionatının bombardiri kimi adını futbol tariximizə yazdırıb.

Toy mərasiminin Bakıdakı şadlıq evlərinin birində baş tutacağı bildirilir.

Almaz Həsənli