Çerçesov qazax dili ilə bağlı zarafata görə cərimələnib

Çerçesov qazax dili ilə bağlı zarafata görə cərimələnib

17 Oktyabr 16:04
Bəyəndim (17) Bəyənmədim (0)

Qazaxıstan Futbol Federasiyası (QFF) Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesovu mətbuat konfransı zamanı qazax dili ilə bağlı zarafatyana cavaba görə 738 min tenge (2583 manat) cərimələyib. Bu barədə “Tengri Sport” və “TASS” məlumat yayıb.
Jurnalistlərdən biri Çerçesova qazax dilində sual verib. Məşqçi jurnalistin Fransanın "Paris Sen-Jermen" klubunun formasını geyindiyinə diqqət çəkib. "İndi fransızca danışırsan?" – Çerçesov cavab olaraq soruşub, bundan sonra jurnalistin verdiyi sualı tərcümə etməyə kömək ediblər.
Turizm və İdman Nazirliyi hadisəyə diqqət çəkərək QFF-dən izahat tələb edib. Onlar bildiriblər ki, Çerçesov ölkənin qazax dilinə və mədəniyyətinə hörmət edir və onun mətbuat konfransında dedikləri zarafatdır.
QFF-nin mətbuat xidməti həmçinin bildirib ki, Çerçesov qazax dilini fəal şəkildə öyrənir, lakin “Tengri Sport”-un məşqçinin tərbiyəçisi Kanat Tasibekova istinadən yazdığına görə, o, yalnız bir dərsdə iştirak edib.
“RBC”-nin qeyd etdiyi kimi, Çerçesov əvvəllər də qazax dilini bilməməsi səbəbindən qalmaqala düşmüşdü. Belə ki, bu ilin iyununda ona qazax dilində də sual verilib və Çerçesov bu suala osetin dilində cavab verməyi təklif edib.

Almaz Həsənli